Sabiq nazir prezidentliyə namizədliyini İRƏLİ SÜRÜB 

Sabiq nazir prezidentliyə namizədliyini İRƏLİ SÜRÜB 

Hazırda oxunan: Sabiq nazir prezidentliyə namizədliyini İRƏLİ SÜRÜB 

170257

“2024-cü ilin fevral ayının 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində iştirak etmək qərarına gəldim”. 

Bizim.Media xəbər verir ki, bunu keçmiş maliyyə naziri Fikrət Yusifov sosial şəbəkə hesabında bildirib. 
 
“Bu məqsədlə öz təşəbbüsümlə Prezidentliyə namizədliyimi irəli sürürəm. Qoy bu seçkini boykot edənlər, onda iştirakdan imtina edənlər bilsinlər ki, biz bu cəmiyyətdə qarşıdurma deyil, vətəndaş həmrəyliyi yaratmaq üçün varıq. Seçkini boykot etməyə cəhd göstərənlər və onda iştirakdan imtina edənlər unutmasınlar ki, onlar bu addımları ilə Qarabağ zəfəri əldə etmiş bir xalqın sevgisini deyil, nifrətini qazana bilər”, - F.Yusifov deyib. 

Qeyd edək ki, Fikrət Yusifov 1994-cü ildən 1999-cu ilin iyul ayına kimi Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsində işləyib.

O, 2019-2020-ci illərdə Fəzail Ağamalının rəhbərlik etdiyi Ana Vətən Partiyasında sədrin müavini olub. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO