Sərdar Berdiməhəmmədov: “Türkmənistan və Azərbaycanın qədim əlaqələri daim inkişaf edəcək”

Sərdar Berdiməhəmmədov: “Türkmənistan və Azərbaycanın qədim əlaqələri daim inkişaf edəcək”

Hazırda oxunan: Sərdar Berdiməhəmmədov: “Türkmənistan və Azərbaycanın qədim əlaqələri daim inkişaf edəcək”

170220

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir: 

“Hörmətli İlham Heydər oğlu. 

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə hərtərəfli inkişaf yolunda inamla irəliləyir və beynəlxalq məsələlərdə öz nüfuzunu möhkəmləndirir. 

Əminəm ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında möhkəm və qədim əlaqələr daim inkişaf edəcək, xalqlarımıza və ölkələrimizə fayda gətirəcəkdir. 
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ailə səadəti, qardaş Azərbaycan xalqına bundan sonra da sülh, tərəqqi və firavanlıq arzu edirəm”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO