"Biz İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında yaranan sülh imkanını alqışlayırıq. Müttəfiqlik səviyyəsinə qaldırdığımız qardaş Azərbaycanla münasibətlərimizi hər sahədə yaxşılaşdırırıq. Biz Qarabağın yenidən qurulmasına öz töhfəmizi veririk".
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri hakan Fidan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib.
"Türkiyə iki ölkə arasında etimadı artıran qəbul edilən konkret addımlardan məmnuniyyət duyur, sülh sazişinin ən qısa zamanda imzalanacağına ümid edir", - deyə H. Fidan qeyd edib.
Bizim.Media