Elnur Məmmədov ATƏT rəsmilərini növbədənkənar seçkilər barədə MƏLUMATLANDIRIB

Elnur Məmmədov ATƏT rəsmilərini növbədənkənar seçkilər barədə MƏLUMATLANDIRIB

Hazırda oxunan: Elnur Məmmədov ATƏT rəsmilərini növbədənkənar seçkilər barədə MƏLUMATLANDIRIB

169806

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Qiymətləndirilməsi Missiyasının nümayəndələri Martina Barker-Çiqanikova və Qoran Petrov ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüş zamanı, 7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq məsələləri və bu istiqamətdə beynəlxalq öhdəliklər müzakirə olunub.

E.Məmmədov qarşıdan gələn seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün ardıcıl, sistemli və intensiv şəkildə atılan addımlar, eləcə də beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakı, xaricdə yaşayan və ya müvəqqəti olaraq xarici ölkədə olan Azərbaycan vətəndaşlarının seçki hüququnun təmin edilməsi ilə bağlı tədbirlər barədə qarşı tərəfə ətraflı məlumat verib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO