Ermənilər Barak Obamanın acığını məndən çıxdı - Metyü Brayza həqiqətləri AÇIQLADI - EKSKLÜZİV

Ermənilər Barak Obamanın acığını məndən çıxdı - Metyü Brayza həqiqətləri AÇIQLADI - EKSKLÜZİV

Hazırda oxunan: Ermənilər Barak Obamanın acığını məndən çıxdı - Metyü Brayza həqiqətləri AÇIQLADI - EKSKLÜZİV

16903

“Fikrimcə, ABŞ prezidenti Co Bayden 1915-ci il erməni soyqırımının ölkə müstəvisində tanımasına qərar verə bilər. Çünki Bayden dəfələrlə hakimiyyətdə olan ABŞ prezidentlərinə, bu məsələdə dəstək olacağını bildirib. Ancaq bir faktı da nəzərinizə çatdırım ki,  indiyə qədər heç bir ABŞ prezidenti bunu etməyib”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyü Brayza qondarma erməni soyqırımının Bayden administrasiyası tərəfindən tanınması haqqında erməni mətbuatında dolaşan xəbərlərə aydınlıq gətirərkən deyib. 

Keçmiş səfir bildirib ki, yalnız Demokratlar partiyasından olan prezident Barak Obama öz seçki kampaniyası zamanı qondarma erməni soyqırımını tanıyacağına söz verib. 

“Lakin sonradan o, bunu unutdu. Erməni diasporu isə Obamanın qisasını məndən aldı. Bu səbəblə onlar Azərbaycandakı diplomatik fəaliyyətimi ABŞ senatının köməkliyi ilə dondurulmasının təşəbbüskarı oldular”.

Siyasətçi qeyd edib ki, bütün prezidentlər vəzifələrinin icrasına başlayarkən, ölkəni idarə etməyin tam məsuliyyətini və xarici siyasətinin heç də asan olmadığını dərk edir. 

“Əslində, ABŞ Türkiyənin çox mühüm müttəfiq olduğuna görə onunla münasibətləri pozmaq istəmir. Bayden administrasiyası Türkiyə ilə strateji əməkdaşlığı bərpa etməyə cəhd göstərməyə çalışır. Türkiyə-ABŞ münasibətlərinə ciddi zərbə vurulub. Buna səbəb Türkiyənin Rusiyadan S-400 hava hücumu əleyhinə raket sistemlərinin alınması, ABŞ-ın isə Suriyada YPG terror təşkilatına dəstək verməsi səbəb olub.  Lakin iki ölkə pozulan münasibətləri bərpa etməyə çalışır. Hazırda ABŞ Əfqanistan höküməti ilə Taliban arasında baş tutacaq danışıqları məhz Türkiyədə keçirilməsinə səy göstərir”.

Söhbət əsnasında Metyü Brayza Baydenə “erməni soyqırımını” tanınması üçün edilən siyasi təzyiqlərdən də danışıb.

“Prezident Obama və Dövlət katibi Entoni Blinken hər ikisi “Çin hakimiyyətinin Şincandakı rəftarı uyğurlara qarşı soyqırıma bərabərdir”, deyə bildiriblər. Belə hallar Baydenə soyqırımı tanıması üçün siyasi təzyiqlər yaradır. Düşünürəm ki, hazırda Baydenin qarşısında çox çətin məsələ durur və heç kəs onun hansı qərarı verəcəyini əvvəlcədən proqnozlaşdıra bilməz”.
Qeyd edək ki, bir müddətdir ki, erməni mətbuatı Bayden administrasiyasının erməni soyqırımını tanıyacağı haqqında məlumatlar dolaşmaqdadır.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO