Hakan Fidan Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Hakan Fidan Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Hazırda oxunan: Hakan Fidan Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

169011

Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan Ulu Öndərin məzarını, “Türk şəhidliyi” abidəsini və Şəhidlər xiyabanını ziyarət edib.

Bizim.Media xəbər verir ki, əvvəlcə Fəxri xiyabana gələn Hakan Fidan xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Sonra şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi ziyarət edilib, abidə önünə əklil qoyulub, gül dəstələri düzülüb.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının da məzarları ziyarət olunub, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO