“Ermənistanda Kremlin maraqları zərbə ala bilər” – Tofiq Abbasov “İskəndər-M” cinayətindən danışdı

“Ermənistanda Kremlin maraqları zərbə ala bilər” – Tofiq Abbasov “İskəndər-M” cinayətindən danışdı

Hazırda oxunan: “Ermənistanda Kremlin maraqları zərbə ala bilər” – Tofiq Abbasov “İskəndər-M” cinayətindən danışdı

16856

“Ermənistanda qara bazar formalaşıb. İrəvan müxtəlif yollarla öz ehtiyaclarını ödəyir. Bu ölkədə uzun illlər qanunsuz hakimiyyət fəaliyyət göstərib. Bu əsnada orada kriminal sistem hökumətlə birləşib. Bunlar qanunları pozaraq müxtəlif qadağan olunmuş silahlar gətirməklə beynəlxalq konvensiyaları pozurlar. Rusiyada da erməni dəllalların öz zümrəsi var.

Rusiya vətəndaşı olan ermənilər orada öz qanunsuzluqlarını kultivasiya (becərirlər) edirlər. İrəvanın Rusiyada da fəal casusları mövcuddur. Bu səbəbdən Rusiyadakı ermənilər ölkə və xalqın maraqları adı altında oyunbazlıqla məşğuldurlar”.

Bu sözləri Bizim.Media ilə Şuşada tapılan “İskəndər-M” raketləri ətrafında gəzən söz-söhbət və narahatlıq barədə danışan politoloq Tofiq Abbasov açıqladı.
 

MÖVZU İLƏ BAĞLI:

“İskəndər” və yaxud Qarabağ savaşında CASUS ŞƏBƏKƏSİ


Politoloq əlavə etdi ki, “bu baxımdan əlbəttə ki, Rusiya xüsusi xidmət orqanları gərək məsələyə ciddi yanaşsınlar. 

Yoxsa böyük bir qalmaqal yaşanar. İskəndər tipli raketlərinin Azərbaycan ərazisinə göndərilməsi, onlardan istifadə olunmasının özü beynəlxalq konvensiya və insanlığa qarşı zidd hərəkətdir. Bunun məsuliyyəti var. Əgər Rusiya Federasiyasından olan insanlar buna şərait yaradıblarsa, onlar da məsuliyyət daşıyacaqlar. 

Ona görə də bu işlərin hamısının qarşısını almaq üçün erməni lobbisi və Ermənistanla bağlı Rusiyada ciddi iş aparılmalıdır.

Çünki ermənilər Rusiyada o dərəcədə kök atıblar, bütün sahələrdə öz fəaliyyətlərini elə qurublar ki, onların qarşısı alınmalıdır. Bunun isə müxtəlif səbəbləri var...

Əvvəla Rusiyanın özünə lazımdır ki, xaricdə Kremlin imici sağlam olsun. Digər tərəfdən Moskva üçün vacib olan məmləkətlər var və onlardan biri də Azərbaycandır. Rusiya bunu gizlətmir. Putin daxil, Rusiyanın digər rəsmiləri də Bakı ilə ortaq layihələrdən bəhs edir və böyük mənfəət gözləntiləri var. 

Kreml bilməlidir ki, Rusiya daxilindəki biabırçılıq, özbaşınalıqlar Bakının maraqlarına ziddirsə, Azərbaycan buna dözümlü yanaşmayacaq.

Bütün baş verənlərin məsuliyyəti var və Rusiya xüsusi xidmət orqanları bunu hiss etməlidir. Araşdırma və ciddi tədbirlər həyata keçirilməlidir. Qanunsuz fəaliyyət göstərən bütün dəhlizlərdə oturuşmuş qüvvələr ifşa olunmalı, məsuliyyətə cəlb edilməlidirlər. 

Belə olmasa Rusiyanın daxilində heç də ürəkaçan olmayan böyük proseslər yaşanacaq. Söhbət Rusiyanın milli maraqlarına zərbə endirə biləcək məsələlərdən gedir”, deyə Tofiq Abbasov cavabını tamamladı. 

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO