Prezidentliyə namizədlərin siyahısı yanvarın 18-dək DƏRC EDİLMƏLİDİR

Prezidentliyə namizədlərin siyahısı yanvarın 18-dək DƏRC EDİLMƏLİDİR

Hazırda oxunan: Prezidentliyə namizədlərin siyahısı yanvarın 18-dək DƏRC EDİLMƏLİDİR

168150

Növbədənkənar prezident seçkilərinə qeydə alınmış namizədlərin siyahısı 2024-cü il yanvarın 18-dək dərc edilməlidir.

Bizim.Media xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında təsdiqlənən növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planında əskini tapıb.

Bildirilib ki, seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən Azərbaycan Prezidentliyinə namizədlərin irəli sürülməsinə başlanılmalıdır.

Mərkəzi Seçki Komissiyasının (MSK) səsvermə gününə azı 20 gün qalanadək siyahını dərc etməsi tövsiyə olunur.
Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO