Parlament partiyaları prezident seçkilərində iştirak edəcəklər? – SORĞU 

Parlament partiyaları prezident seçkilərində iştirak edəcəklər? – SORĞU 

Hazırda oxunan: Parlament partiyaları prezident seçkilərində iştirak edəcəklər? – SORĞU 

168070

Gələn il Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Seçkilər fevralın 7-də keçiriləcək. Seçkilərdə hansı partiyaların prezidentliyə namizəd irəli sürəcəkləri isə maraq doğurur.

Məlumat üçün bildirək ki, hal-hazırda Azərbaycanda dövlət qeydiyyatında olan 27 partiya fəaliyyət göstərir. Onlardan 8-i Milli Məclisdə təmsil olunur.

Bəs, parlament partiyaları prezident seçkilərində öz namizədlərini irəli sürəcəklər? 

Bizim.Media bu suala cavab tapmaq üçün Milli Məclisdə təmsil olunan partiyalar arasında sorğu keçirib:
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün MSK prezident seçkiləri ilə bağlı qərar qəbul edəcək


Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı cənab Prezidentin bu Sərəncamını yüksək əhval-ruhiyyə ilə qarşıladıqlarını qeyd edib: 

“2018-ci ildə İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra hədəflədiyi və qarşıya qoyduğu bütün vəzifələri yerinə yetirdi. Nəticə etibarı ilə cənab Prezident Azərbaycanı bütövləşdirdi, erməni işğalına, Qarabağda separatizmə son qoydu. Yeni hədəflər qarşıdadır. Biz bütün fikrimizi, fəaliyyətimizi fevralın 7-nə istiqamətləndirmişik. Buna görə də, ötən gün Ana Vətən Partiyasında məhdud xarakterli müzakirələr aparıldı. Yaxın günlərdə bu müzakirələri sona çatdıracağıq. Biz partiyanın qurultayını çağırıb, ənənəyə sadiq qalaraq, cənab Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəyik”.    

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı isə seçkilərdə iştirak edəcəklərini bildirib:

“Yeni seçkilərin elan olunmasını ölkəmizdə sabitliyə, təhlükəsizliyə töhfə verəcək, islahatlara və inkişafa yol açacaq bir hadisə kimi qiymətləndiririk. Prezident seçkilərində partiya olaraq iştirak edəcəyik. Partiyanın əsas işi seçkidə iştirak etməkdir. BAXCP-nin prezident seçkilərində öz namizədi ilə iştirakına gəldikdə isə, bu qərarı BAXCP-nin ali orqanlarında verildikdən sonra ictimayyətə açıqlayacağıq”.

Yekun qərar verməyənlər...

Milli Cəbhə Partiyasının rəhbəri Razi Nurullayev isə seçkilərdə iştirakla bağlı yekun qərar vermədiklərini açıqlayıb:

“Seçkilərdə namizədliyimi irəli sürüb-sürməyəcəyimi hələ bilmirəm. Bu barədə partiyamızda müzakirələr aparılmayıb”.

Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov da seçkilərdə iştirak məsələsinə partiyadaxili müzakirələrdən sonra qərar veriləcəyini qeyd edib:

“7 fevral 2024-cü il Prezident seçkisində partiyamızın namizədinin olacağını və ya olmayacağını Siyasi Komitə yaxın günlərdə toplaşıb qərarlaşdıracaq. İstənilən halda, bütün seçiciləri səsverməyə qatılmağa çağıracağıq”.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO