“Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan regional “3+3” platforması getdikcə daha perspektivli olur”.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla ikitərəfli görüşdə deyib.
MÖVZU İLƏ BAĞLI:
Moskvada Ceyhun Bayramovla Lavrov arasında görüş başladı - VİDEO
“Prezident İlham Əliyevin Cənubi Qafqaz üzrə “3+3” regional platformasının formalaşdırılması təşəbbüsü artıq formalaşır, bu, həm də perspektivli formatdır. Bu istiqamətdə gələcək addımlar barədə qiymətləndirmələrinizi eşitməyə şad olaram”, - o qeyd edib.
Bizim.Media