Bəzi saytlarda Milli Məclisdə akkreditə olunan KİV nümayəndələrinin parlamentin foyesində sərbəst hərəkətinin yasaqlandığı ilə bağlı informasiya yer alıb. Məlumata görə, bu qadağa xa0Milli Məclis sədrinin müavini Bahar Muradova və mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun jurnalistlərlə keçirdiyi görüş zamanı qoyulub.xa0
Məsələyə aydınlıq gətirmək üçün həmin görüşdə iştirak edən Moderator.az-ın baş redaktoru Zülfüqar Hüseynzadəyə müraciət etdik. Baş redaktor jurnalistlərə hər hansı qadağanın qoyulmadığı, sadəcə A.Təfəkküroğlunun media nümayəndələrinə iclasın gedişində foyeyə çıxmamaqla bağlı jurnalistlərə tövsiyyə etdiyini bildirib:

“B.Muradova ilə jurnalistlərin həmin görüşü olduqca səmimi şəraitdə keçdi. Mən şəxsən həmin görüşdən aldığım çox yüksək təəssüratla bağlı ayrıca yazı da hazırlamışdım.xa0
(Həmin yazı bu linkdə: moderator.az/news/166686.html)
Həmin görüşdə jurnalistlərin bütün təkliflərini dinləyən B.Muradova, onları maraqlandıran suallara ətraflı cavab vermiş, medianı narahat edən bəzi məsələlərə aydınlıq gətirmişdi. Yəni tam məsuliyyətlə və səmimiyyətimlə deyirəm ki, həmin görüşdə jurnalistlərə hər hansı yasaq və ya qadağa qoyulmadı. Sadəcə, söhbətin gedişində A.Təvəkküloğlu jurnalistlərdən xahiş etdi ki, iclas zamanı media əməkdaşları siqaret çəkmək və ya hansısa deputatdan açıqlama almaq adı ilə mümkün qədər foyeyə çıxmasın. xa0Bütün məsələ bundan ibarətdir. Yəni jurnalistlərə yönəlik hər hansı basqı və təzyiq, yasaq və qadağa olmayıb. Həmkarlarımdan xahiş edirəm jurnalistikanın yazılmamış neqativ ənənələrindən olan qaşınmayan yerdən qan çıxarma niyyətindən imtina etsinlər. Nəzərə alsınlar ki, digər hakimiyyət qollarından fərqli olaraq jurnalistlərə ən əlçatan qurum elə Milli Məclisdir. ”x9d.
Seymur Əliyev































































































