Britaniya Qarabağ münaqişəsinə görə 1mln funt sterlinq yardım ayırdı

Britaniya Qarabağ münaqişəsinə görə 1mln funt sterlinq yardım ayırdı

Hazırda oxunan: Britaniya Qarabağ münaqişəsinə görə 1mln funt sterlinq yardım ayırdı

1673

Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsi çərçivəsində yaranmış son eskalasiyanın təsirlərinə məruz qalmış mülki əhaliyə humanitar yardım ayırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Britaniyanın Xarici İşlər naziri Dominik Raab bildirib. 

O yardım paketi çərçivəsində tibbi ləvazimatlar, qida və sığınacaq vasitələrinin ehtiyacı olan mülki əhaliyə çatdırılacağını deyib:

“Hər iki tərəfi ATƏT-in Minsk qrupu ilə sıx təmasda olmağa və region xalqlarının çox ehtiyac duyduğu sülh, danışıqlar yolu ilə münaqişəyə siyasi həll axtarmağa çağırırıq”.

Britaniya XİN başçısı sentyabrın 27-dən indiyə kimi mülki əhali arasında itkilərin artdığını və evlərə, vacib infrastruktura zərər dəydiyini qeyd edib:

“Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müraciətinə cavab olaraq, Britaniya 1 milyon funt sterlinq yardım paketi ilə böhranın təsirlərinə məruz qalan mülki şəxsləri geyim dəstləri və sarğılar daxil olmaqla çox ehtiyac duyulan tibbi ləvazimatlarla təmin edəcək”.

O bildirib ki, döyüşlərdə yaralanan insanlar, o cümlədən atəş altında olan uşaqlar səhiyyə müəssisələrində və ya BQXK tərəfindən dəstəklənən təcili yardım xidmətlərində müalicə alacaqlar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO