Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Skopyedə görüşü planlaşdırılmır

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Skopyedə görüşü planlaşdırılmır

Hazırda oxunan: Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Skopyedə görüşü planlaşdırılmır

166840

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclası çərçivəsində görüşü planlaşdırılmır. 

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib. 

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Skopye şəhərində ATƏT-in nazirlər konfransı çərçivəsində görüşü planlaşdırılmır", - Ermənistan XİN qeyd edib. 
Qeyd edək ki, ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 30-cu sessiyası Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilir. C.Bayramov orada rəsmi səfərdədir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO