ABŞ Vətən müharibəsində qələbəmizə necə mane olmaq İSTƏYİB? – SENSASİON DETALLAR

ABŞ Vətən müharibəsində qələbəmizə necə mane olmaq İSTƏYİB? – SENSASİON DETALLAR

Hazırda oxunan: ABŞ Vətən müharibəsində qələbəmizə necə mane olmaq İSTƏYİB? – SENSASİON DETALLAR

166707

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik son mətbuat konfransı zamanı sensasion sayıla biləcək fikirlər səsləndirib.

O bildirib ki, ABŞ Türkiyədən Azərbaycana Qarabağın azad edilməsi üçün verdiyi dəstəyi kəsməsini tələb edib:

“Türkiyə Azərbaycan və Ermənistan arasında davam edən müzakirələrin sülh razılaşmasına gətirib çıxarmasını istəyir. Əlbəttə, Türkiyə Azərbaycan və Ermənistan arasındakı münasibətlərin sülh yolu ilə yekunlaşmasının tərəfdarıdır. Ermənistan destruktiv addımlardan əl çəkərsə, “3+3” əməkdaşlıq formatı regionda sülhə böyük töhfə verəcək”.

Bu fikirlərdən də göründüyü kimi, ABŞ Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə hər vəchlə mane olmağa çalışıb. Ağ Evdəkilərin “məntiq”inə görə, ABŞ digər ölkələrə istədiyi formada yardım və müdaxilə edə bilər. Amma Türkiyənin Azərbaycana mənəvi dəstəyi nədənsə ABŞ-ı xeyli narahat edir.

Bu necə ola bilər?!

Bu sualı cavablandırmaq çox çətindir. Amma bir həqiqət var ki, ABŞ özünü dünyanın ağası kimi aparır. Onun iradəsindən kənarda baş verənləri isə sadəcə qəbul etmək istəmir. Təəssüf doğuran məqamsa ondan ibarətdir ki, Ağ Evdəkilər Türkiyənin və eləcə də Azərbaycanın nə qədər haqlı olduğunu müzakirə etmir. Sadəcə, Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstək olmasını istəmir. 

Burdan belə nəticə hasil olur ki, ABŞ-ın hər məsələyə obyektiv yox, fərdi baxışı var. Bu baxış korporativ maraqlardan qaynaqlanır. Baxmayaraq ki, ABŞ hər zaman özünü dünyaya “ədalətin təminatçısı” və “haqqın müdafiəçisi” kimi təqdim edir. 

Amma reallıq başqa şey deyir. 

Elə Ömər Çelikin fikirləri də sübut edir ki, ABŞ-ı hansısa dövlətin suveren hüquqları və ərazi bütövlüyü qətiyyən maraqlandırmır. Üstəlik, hansısa bölgədə münaqişə ocağının sönməsi də Vaşinqtonun maraqlarına uyğun deyil.

Bu fikrin sübutu üçün ABŞ-ın son 30 ildə vasitəçi kimi qatıldığı münaqişlərin bir neçəsini göz önünə gətirsək, fikrimizi daha da əsaslandırmış olarıq. 

Məsələn, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllində əsas platforma ATƏT-in Minsk qrupu hesab edilirdi. ABŞ da həmin Minsk qrupunun həmsədrlərindən biri idi. Lakin mövcud olduğu 23 ildə Minsk qrupu münaqişənin nizamlanmasında bir addım da olsun irəli getmədi. Sadəcə münaqişənin dondurulmasına və sonsuza qədər uzadılmasına çalışıldı. 
Təbii ki, Azərbaycan mövcud status-kvo və Minsk qrupunun fikirləri ilə razılaşmadı və 30 ilə çözülməyən problem cəmi 44 günə həll edildi. Amma Azərbaycanın bu qətiyyəti Ağ Evdəkiləri heç də məmnun etmədi. Ona görə də son 3 ildə Vaşinqton Azərbaycana təzyiqlərini artırmaq üçün çeşidli planlar çızır. Həmin planlardan biri də Azərbaycana mənəvi-siyasi dəstək olan ölkələrin qarşısını almaqdır. 

Vasitəçi ABŞ-dırsa, münaqişə bitməyəcək...

ABŞ-ın vasitəçilik etdiyi digər problem Ukrayna ilə Rusiya arasında 10 ilə yaxın davam edən münaqişədir. Yada salaq 2014-cü ildə Ukrayna il Rusiya arasında münaqişənin danışıqlar yolu ilə həlli üçün növbəti bir Minsk qrupu yaradıldı. ABŞ da həmin qrupun həmsədrlərindən biri oldu. Lakin ötən 8 ildə bu qrup heç nə ilə yadda qalmadı. Nəticədə, 2022-ci ilin fevral ayının 24-də Rusiya ilə Ukrayna arasında sonu görünməyən bir müharibə başladı.

ABŞ-ın vasitəçi olduğu digər münaqişələri də yada salmaq olar. Məsələn, keşmiş Yuqoslaviya son 30 ildir parçalana-parçalana gedir. Amma bu bölgədə münaqişələr nə bitir, nə də səngiyir. Hələ ABŞ-ın rəhbərliyi ilə ayrı-ayrı dövlətlərdə təşkil edilən rəngli inqilabları demirik. Bu günədək rəngli inqilabın baş verdiyi heç bir dövlətdə stabillik yoxdur. Siyasi çəkişmələr, iqtisadi təlatümlər “demokratikləşən” ölkələrin sanki taleyinə yazılıb.

Tunis, Liviya, Misir 15 ildir ki, iqtisadi-siyasi sabitlik axtarır, amma tapa bilmir ki, bilmir. 

Hələ ABŞ rəhbərlik etdiyi koalisiyanın xarabazarlığa çevirdiyi İraq və Suriyanı demirik. Bu iki ölkədə tökülən hər damla qanda və göz yaşında Ağ Evdəkilərin birbaşa əli var.

Bütün bunlar onu göstərir ki, ABŞ heç də sülh və əmin-əmanlığın carçısı deyil. Vaşinqtonun əsas siyasəti parçalayıb, hökm verməkdir. Onun bu bədnam siyasətinə qarşı çıxanları isə Ağ Ev müxtəlif vasitələrlə cəzalandırmaq istəyir. 
Görünən odur ki, Azərbaycanın yürütdüyü siyasət də Vaşinqtonu çox ciddi narahat edir. Bu narahatçılığının da mesajını Azərbaycana dost-qardaş ölkələrə göndərir. Amma ABŞ-ın bu cür mesajları faydasızdır. Çünki Azərbaycanla zor dilində danışmağın vaxtı keçib. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO