Kreml “İskəndər”in Qarabağda istifadəsi ilə bağlı xəbərləri təkzib etdi

Kreml “İskəndər”in Qarabağda istifadəsi ilə bağlı xəbərləri təkzib etdi

Hazırda oxunan: Kreml “İskəndər”in Qarabağda istifadəsi ilə bağlı xəbərləri təkzib etdi

16601

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi zamanı “İskəndər” raket sistemləri istifadə edilməyib və bu informasiya təsdiqlənib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.

"Xeyr, anladığım qədər bu, yeni bir məlumatdır. Hərbi orqanlar vasitəsilə xəbər verildiyini, ordumuzun bu barədə hər hansı ətraflı məlumatı olub-olmadığını bilmirəm.

Bu, əlbəttə ki, daha çox onların səlahiyyətinə aiddir", deyə o, “Qarabağ münaqişəsi zonasında “İskəndər” raketinin qalıqlarının tapılması haqda prezidentin xəbəri varmı?” sualına cavab verərkən deyib.

"İskəndər”lə olan hekayəni xatırlayırsınızsa, münaqişə zamanı ondan istifadə olunmayıb. Bu informasiya təsdiqlənib”, deyə Peskov fikrini tamamlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO