Bakı mühüm tədbirə EV SAHİBLİYİ EDİR – “Məkrli kampaniya aparanlar DƏRS ÇIXARMALIDIR”

Bakı mühüm tədbirə EV SAHİBLİYİ EDİR – “Məkrli kampaniya aparanlar DƏRS ÇIXARMALIDIR”

Hazırda oxunan: Bakı mühüm tədbirə EV SAHİBLİYİ EDİR – “Məkrli kampaniya aparanlar DƏRS ÇIXARMALIDIR”

165882

Bu gün Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçiriləcək. 

Maraqlıdır, bu cür önəmli görüşün Azərbaycanda keçirilməsinin ölkəmiz üçün hansı əhəmiyyəti var?

Milli Məclisin deputatı Elman Məmmədov mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O, əvvəlcə  görüşün mahiyyətindən söz açaraq Bakıda çox vacib bir tədbirin keçirildiyini bildirib: 

“Bu görüşdə regionların inkişafı məsələsi ön plana çıxacaq. Görüşün məğzi birgə fəaliyyətin aktuallaşmasıdır. Region dövlətləri arasında bütün sahələrdə, xüsusilə, iqtisadi sahədə əlaqələrin gücləndirilməsi, genişləndirilməsi prioritetdir. Proqramın həyata keçirilməsi təmsil olunan dövlətlərin iqtisadi inkişafına səbəb olacaq. Bu məsələdə Azərbaycanın təşəbbüsü, rolu danılmazdır. Zirvə toplantısının Azərbaycanda keçirilməsi Azərbaycanın aparıcı rol oynamasına bir işarədir”. 

Deputat qeyd edib ki, son 15-20 il ərzində Azərbaycan çox önəmli beynəlxalq tədbirlərin keçirildiyi bir məkan kimi seçilib:

“Bu gün Azərbaycana qarşı məkrli kampaniyalar aparan dövlətlər bu tədbirin ölkəmizdə keçirilməsindən özləri üçün nəticə çıxarmalıdır. Azərbaycanı artıq təkləmək mümkün deyil, çünki tərəfdaşlarının sayı çoxdur. Bu gün görün, neçə dövlətin rəhbəri Azərbaycandakı tədbirdə iştirak edir?! Sözügedən görüş həm də Ermənistan üçün bir dərsdir, mesajdır ki, düşmənçilikdən əl çəksələr, bu əməkdaşlığa qoşula bilərlər”.  

Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı 1998-ci ildə yaradılıb.

Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.

2023-cü ildə SPECA-ya sədrliyi Azərbaycan Respublikası həyata keçirir. Bu il SPECA-ya sədrlik Azərbaycandan Tacikistana keçib. Növbəti 19-cu SPECA sammiti gələn il Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək.

Məhərrəm Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO