Polad Bülbüloğlu: “Ermənilər Qarabağı könüllü tərk edib, Azərbaycan onları məcbur etməyib”

Polad Bülbüloğlu: “Ermənilər Qarabağı könüllü tərk edib, Azərbaycan onları məcbur etməyib”

Hazırda oxunan: Polad Bülbüloğlu: “Ermənilər Qarabağı könüllü tərk edib, Azərbaycan onları məcbur etməyib”

165669

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Niderlandın Rusiyadakı səfiri Besxoor Pluxu (Hilles Arno Beshoor Plux) onun xahişi ilə qəbul edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Səfirliyin sosial şəbəkə hesabında məlumat yerləşdirilib. 

Məlumata görə, söhbət zamanı iki ölkə arasında qarşılıqlı fəaliyyətin bəzi məsələlərinə toxunulub.

Azərbaycan səfiri xüsusilə Niderlandın Nümayəndələr Palatasının Ermənistanın destruktiv mövqeyini dəstəkləyən Azərbaycan əleyhinə çoxsaylı qətnamələr qəbul etməsindən narahatlığını ifadə edərək, Niderland parlamentarilərinin qərəzli mövqeyinin Azərbaycan cəmiyyəti tərəfindən mənfi qarşılandığını qeyd edib.

Vurğulayıb ki, bu, regionumuzda dinc yanaşı yaşamanın qurulması üçün beynəlxalq səylərə töhfə vermir və sülh müqaviləsinin imzalanması üçün danışıqların tamamlanmasına mane olur. 

Polad Bülbüloğlu işğaldan azad edilmiş ərazilərdəki vəziyyət, o cümlədən bu il sentyabrın 19-da həyata keçirilən məhdud antiterror əməliyyatı barədə səfirə ətraflı məlumat verib. Diplomat xüsusilə vurğulayıb ki, erməni əhalisi könüllü olaraq Qarabağ regionunu tərk edib və Azərbaycan tərəfdən heç kim onları buna məcbur etməyib. 

Görüşdə ikitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran digər məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 
Niderlandın səfiri ətraflı söhbətə görə Polad Bülbüloğluna təşəkkür edib. 

Sonda Azərbaycanın səfiri həmkarına Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş “Qarabağ işğaldan əvvəl və sonra” kitabını hədiyyə edib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO