Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 iyul tarixli sərəncamına uyğun olaraq elektrik avadanlıqlarından ibarət humanitar yardımın ikinci hissəsi Ukraynaya göndərilib.
Energetika Nazirliyindən Bizim.Media-ya bildirilib ki, sözügedən humanitar yükə 900 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 18 ədəd transformator və komplekt transformator məntəqələri daxildir.
Azərbaycan Respublikası Energetika Nazirliyinin tədarük etdiyi yardımı daşıyan 23 TIR-dan ibarət yük avtomobili karvanı bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.
Ölkə başçısının yuxarıda qeyd olunmuş sərəncamı ilə Ukrayna xalqına humanitar yardım göstərilməsi üçün nəzərdə tutulmuş və ümumi dəyəri 7.6 milyon ABŞ dolları olan elektrik avadanlıqlarının növbəti hissələrinin yaxın müddət ərzində göndərilməsi planlaşdırılır.
Xatırladaq ki, sözügedən humanitar yardımın birinci hissəsi cari ilin 30 oktyabr tarixində Ukraynaya göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:40 / 21.11.2023
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım GÖNDƏRİLDİ - FOTO
Hazırda oxunan: Azərbaycandan Ukraynaya növbəti humanitar yardım GÖNDƏRİLDİ - FOTO
Hazırda oxunan: Azərbaycandan Ukraynaya növbəti humanitar yardım GÖNDƏRİLDİ - FOTO
165441
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.