Fransa Qarabağın bərpasına yardım ayırmaq istəyir - Səfir 

Fransa Qarabağın bərpasına yardım ayırmaq istəyir - Səfir 

Hazırda oxunan: Fransa Qarabağın bərpasına yardım ayırmaq istəyir - Səfir 

16493

Aprelin 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Fransa Respublikasının ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb.

Bu barədə Bizim.Media Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qonaqları səmimi salamlayan Baş prokuror Azərbaycanla Fransa arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, dövlətlərimizin hüquq mühafizə orqanları arasında əməkdaşlığı haqqında danışıb.

Baş prokuror Ermənistanın silahlı qüvvələri tərəfindən ölkəmizin mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı Baş Prokurorluğun təşkil etdiyi brifinq və mətbuat konfranslarında Fransa Səfirliyinin iştirakına görə təşəkkürünü bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Zakari Qros ikitərəfli münasibətlərə toxunaraq Fransanın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və iki ölkə arasında münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb.

Zakari Qros regionda bundan sonrakı dövrdə sülhün və əmin-amanlığın bərqərar olacağına ümidvar olduğunu bildirmişdir.

Səfir mülki əhaliyə və hərbçilərə qarşı törədilmiş qəddarlıqları qətiyyətlə qınadığını qeyd edərək, tərəfləri bu məsələləri araşdırıb təqsirkar şəxslərin cəzalandırılmasına çağırmışdır.

Həmçinin vurğulanıb ki, Fransa hökuməti beynəlxalq humanitar təşkilatlara dəstək verməklə işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında, maddi-mədəni irsin bərpasında iştirak etmək üçün hazırdır.

Görüş zamanı Azərbaycan Respublikası Prezidentinin tövsiyə və tapşırıqlarına uyğun olaraq prokurorluqda aparılan genişmiqyaslı islahatlar, prokurorluğun fəaliyyət istiqamətlərinə uyğun yaradılmış yeni idarələr, beynəlxalq təhlükəsizlik və terrorizmə qarşı mübarizədə dövlətimizin göstərdiyi səylər, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən institusional və cinayət təqibi tədbirləri qeyd edilərək, insan alveri və narkotik vasitələrin qanunsuz dövriyyəsi, mütəşəkkil cinayətkarlığın digər ağır formaları ilə mübarizə sahəsində beynəlxalq qurumlarla, o cümlədən digər ölkələrin müvafiq qurumları ilə səmərəli əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Görüşdə hər iki ölkənin hüquq mühafizə, o cümlədən prokurorluq orqanları arasında konkret cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, eləcə də cinayət törətmiş şəxslərin ekstradisiyası və sair məsələlər ətrafında müzakirələr aparılmışdır.

Daha sonra prokurorluq əməkdaşları arasında təcrübə mübadiləsinin aparılmasını təmin etmək məqsədilə Tvinninq və Avropa İttifaqının digər texniki yardım proqramları çərçivəsində qarşılıqlı səfər və görüşlərin keçirilməsinin vacibliyi də qeyd edilməklə geniş fikir mübadiləsi aparılmışdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO