Ceyhun Bayramov Mərakeş rəsmisini regionda son vəziyyət barədə MƏLUMATLANDIRDI - FOTO

Ceyhun Bayramov Mərakeş rəsmisini regionda son vəziyyət barədə MƏLUMATLANDIRDI - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Mərakeş rəsmisini regionda son vəziyyət barədə MƏLUMATLANDIRDI - FOTO

164240

13 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Mərakeş Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Nümayəndələr Palatasının Sədri Raşid Talbi El Alami ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb. 

Nazir Ceyhun Bayramov Azərbaycanın Mərakeş ilə hazırkı dostluq və tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edərək, iki ölkə arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivlərinə toxunub və Mərakeş-Azərbaycan dostluq qrupunun və parlamentlərarası əlaqə qrupunun fəaliyyətinin intensivləşdirilməsinin önəmini vurğulayıb. 

O, həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu, qarşılıqlı səfərlərin və siyasi məsləhətləşmələrin intensivləşməsinin iki ölkə arasında iqtisadi, humanitar, təhsil, turizm və digər sahələr üzrə əməkdaşlığın inkişafına təkan verəcəyini vurğulayıb. 
Nazir, həmçinin müqabil tərəfi Ermənistanın 30 ilə yaxın müddətdə ölkəmizin ərazisinin işğalı, post-münaqişə dövrü, Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarda bərpa və yenidənqurma işləri, Azərbaycanın Cənubi Qafqazda dayanıqlı sülhün təsis edilməsi planları və bu istiqamətdə atılan praktiki addımlar barədə məlumatlandırıb. 

Görüş zamanı, həmçinin tərəflər iki ölkə arasında müqavilə-hüquq bazasının gücləndirilməsinin yeni perspektivli sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edəcəyini vurğulayıblar. 
Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və regional mövzular ətrafında fikir mübadiləsi aparılıb. 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO