İsrailin Baş naziri Benyamin Netanyahu Qərb ölkələrini Qəzzada atəşkəsdən imtinaya, eləcə də HƏMAS-ın tamamilə məhv edilməsinə dəstək verməyə çağırıb.
“HƏMAS hərbsizləşdiriləcək. İsrail artıq Qəzza zolağı tərəfindən təhdid olunmayacaq. Ordumuza qarşı heç bir beynəlxalq təzyiq, heç bir saxta ittiham İsrailin özünü müdafiə etmək israrına təsir etməyəcək. İsrail lazım gəlsə, bütün dünyaya qarşı möhkəm dayanacaq”, - Netanyahu vurğulayıb.
MÖVZU İLƏ BAĞLI:
İsrail ordusu HƏMAS-ın 150-dən çox tunelini partladıb
Dünyanın diqqət mərkəzində olan bu münaqişənin perspektivi və hadisələrin gedişatı necə olacaq?
Politoloq Tural İsmayılov mövzunu Bizim.Media-ya şərh edib.
O bildirib ki, Fələstin quru əməliyyatlarına dözməyəcək:
“Yaxın Şərqdə münaqişənin olması İsrailin də ürəyincə deyil. Çünki İsrailin digər ərəb dövlətləri ilə münasibətlərinə baxsaq, əlaqələrin müsbət müstəvidə inkişafını görərik. Ancaq hadisələrin sakitləşməsi üçün hər iki tərəfdən radikal sağçı siyasətçilər sülh proseslərinin önünü kəsməməlidir.
İsrailin hazırda hədəfində yalnız HƏMAS-dır. Həmin şəbəkə tamamilə məhv edilməyənə qədər dayanmayacaq və istədiyinə nail olmaq üçün sona qədər mübarizə aparacaq”.
Məhərrəm Əliyev, Bizim.Media