Nazir Türkiyədən nümayəndə heyətini qəbul etdi - FOTO

Nazir Türkiyədən nümayəndə heyətini qəbul etdi - FOTO

Hazırda oxunan: Nazir Türkiyədən nümayəndə heyətini qəbul etdi - FOTO

16297

"Qardaş Türkiyə ilə bütün sahələrdə olduğu kimi, əmək və məşğulluq, sosial müdafiə sahələrində də əməkdaşlıq ildən-ilə genişlənir". 

Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Türkiyə Respublikasının Əmanət Sığortası Fondunun sədri Mühiddin Gülalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Nazirlikdə keçirilən görüşdə bildirib. 

 

MÖVZU İLƏ BAĞLI:

Sahil Babayev alman səfirlə görüşdü


Nümayəndə heyətinə Türkiyə Prezidentinin maliyyə ofisinin müdiri Göksel Aşan, Türkiyə Əmanət Sığortası Fondunun Himayəçilik Şurasının üzvləri, iş adamları, həmçinin Erciyes Anadolu Holdingin baş icraçı direktoru Alparslan Baki Ertekin, iş adamları və b. daxildir.

Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da iştirak edib. 

S.Babayev Azərbaycan və Türkiyə arasında ikitərəfli əlaqələrin davamlı, sabit və uzunmüddətli inkişafında iki qardaş ölkənin dövlət başçılarının birgə səylərinin mühüm rola malik olduğunu vurğulayıb. 

Müharibə zamanı Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi vurğulayan nazir Prezident İlham Əliyevin göstərişi ilə ölkəmizdə postmüharibə dövründə həyata keçirilən çevik sosial dəstək tədbirlərindən bəhs edib.

S.Babayev bu tədbirlərin artıq 20 mindən çox şəxsi əhatə etdiyini bildirib. Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramının genişləndiyi, bu kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üçün digər istiqamətlərdə görülən işlər, ölkəmizdə aparılan sosial islahatlar, DOST konsepsiyası, eləcə də bu gün Bakıda daha bir DOST mərkəzinin açıldığı barədə məlumat verib.

M.Gülal Azərbaycanın tarixi Qələbəsindən, öz torpaqlarını azad etməsindən sevinc və iftixar hissi keçirdiklərini bildirib. Azərbaycanın Türkiyə üçün qardaş ölkə olduğunu deyib.

Ölkələrimiz arasında əlaqələrin daim inkişaf etməsindən məmnunluğunu ifadə edib.

Görüşdə Türkiyə ilə sosial sahədə əməkdaşlıq təcrübəsindən bəhs olunub, gələcək birgə işlərə, həmçinin şəhid ailələrinin məişət şəraitlərinin yaxşılaşdırılmasına dəstək işlərində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO