“Mən açıq şəkildə bəyan etmişəm ki, Qarabağ Azərbaycan ərazisidir və Azərbaycanın ərazi bütövlüyü Almaniya tərəfindən hər zaman dəstəklənib”.
Bizim.Media xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Annalena Berbok azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.
MÖVZU İLƏ BAĞLI:
XİN başçısı Şuşa və Xankəndini qondarma "adlarla" səsləndirən alman nazirə ETİRAZ ETDİ - VİDEO
"Mən Qarabağdan köçmüş insanlarla görüşdüm, bu görüş mənim üçün vacib idi. Hesab edirəm ki, xarici siyasət yalnız diplomatların görüşündən ibarət olmamalıdır. Biz adi insanlarla görüşməli, onların hekayəsini bilməliyik", - nazir qeyd edib.
Nazir qeyd edib ki, Avropa Cənubi Qafqazda sülhün bərqərar olmasında və region ölkələri arasında normal münasibətlərin tezliklə bərpasında maraqlıdır:
“Cənubi Qafqaz Avropa üçün maraqlı regiondur. Bunun iqtisadi səbəbləri və gələcək inkişaf perspektivləri var.
Bu regionda sülh hələ bərpa olunmayıb, həll olunmamış problemlər var, lakin sülh zəruridir. Sülh prosesi həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına uyğundur. İki ölkəyə səfərlərim zamanı hər iki ölkənin bunda maraqlı olduğunu eşitmək məni çox sevindirdi”.