Nazir: “Azərbaycanın ərazi bütövlüyünə beynəlxalq hüquq çərçivəsində hörmət edilməlidir”

Nazir: “Azərbaycanın ərazi bütövlüyünə beynəlxalq hüquq çərçivəsində hörmət edilməlidir”

Hazırda oxunan: Nazir: “Azərbaycanın ərazi bütövlüyünə beynəlxalq hüquq çərçivəsində hörmət edilməlidir”

162934

“Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, ərazi adlarına beynəlxalq hüquq çərçivəsində hörmət edilməlidir”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 4-də Almaniyanın xarici işlər naziri Annalena Berbokla birgə keçirilən mətbuat konfransında deyib. 

O, bildirib ki, Azərbaycan 30 il işğaldan əziyyət çəkib, insanlar evlərindən ən ağır şəraitdə didərgin salınıblar. Vaxtilə buna heç kəsin reaksiyası olmadığı halda, indi sakit, dinc şəraitdə, həm də özlərinin istəyi ilə Qarabağı tərk edən ermənilərə daha çox can yandırılır. 
“Azərbaycan sülh sazişinin bağlanması istiqamətində bütün formatda danışıqlara hazırdır və bu istiqamətdə səylərini davam etdirir”, - deyə nazir vurğulayıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO