Vitali Arkov: “Sülh müqaviləsinin imzalanması üçün Zəngəzur dəhlizi açılmalıdır” – MÜSAHİBƏ 

Vitali Arkov: “Sülh müqaviləsinin imzalanması üçün Zəngəzur dəhlizi açılmalıdır” – MÜSAHİBƏ 

Hazırda oxunan: Vitali Arkov: “Sülh müqaviləsinin imzalanması üçün Zəngəzur dəhlizi açılmalıdır” – MÜSAHİBƏ 

162437

“Düşünürəm ki, Ermənistan əvvəllər üzərinə götürdüyü bir sıra öhdəlikləri yerinə yetirmədən sülh müqaviləsi bağlana bilməz. Birinci prioritet Azərbaycan və Naxçıvan arasında quru əlaqəsi üçün Zəngəzur dəhlizinin açılmasıdır”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində “PolitRus” informasiya-analitik portalının rəhbəri, politoloq Vitali Arkov deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Əhalinin neçə faizi regionda sülh dövrünün başladığına inanır? – SORĞU


Bakı və İrəvan arasında sülh müqaviləsi, Zəngəzur dəhlizinin reallaşması, “3+3” platformasını şərh edən politoloq, Ermənistanın öhdəliklərini yerinə yetirəcəyi təqdirdə sülh müqaviləsinin Moskvada imzalanacağına əminlik ifadə edib.

Sözügedən müsahibəni təqdim edirik:

- Cənab Arkov, Azərbaycan və Ermənistan arasındakı düşmənçilik tarixi ədalətin bərpası ilə bitdi. İndi hər iki ölkəyə, həm də regiona sülh lazımdır. Moskva hər iki ölkə arasında fəal vasitəçilik edir. Necə düşünürsüz, il sonuna qədər Moskva sülh müqaviləsinin bağlanmasına ev sahibliyi edə bilərmi?

- Reallıq da bunu göstərir ki, Rusiya bütün bu illər ərzində Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması üçün həqiqətən də çalışıb. Fövqəladə vəziyyətə düşmüş ATƏT-in Minsk Qrupunun digər həmsədrləri yaranmış vəziyyətdən öz məqsədləri üçün istifadə etdikləri halda Rusiya daha çox iş görüb.

Məsələn, Fransadan danışsaq, hətta onlar Qarabağ münaqişəsini daha da gərginləşdirmək siyasətini həyata keçirdi. Paris indi də bunu davam etdirir. Dünya ictimaiyyətini Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırır. 

Məhz Rusiya prezidenti Vladimir Putin 2020-ci ilin payızında Azərbaycan lideri İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanıı danışıqlar masası arxasına gətirərək, münaqişədən çıxmaq üçün plan hazırlayaraq İkinci Qarabağ müharibəsini dayandırdı.
Rusiya həm Azərbaycana, həm də Ermənistana tarixən yaxın olan mühüm tərəfdaş və müttəfiq kimi regionda sabitliyin və təhlükəsizliyin təminatçısıdır. Odur ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin harada imzalanması məsələsi belə gündəmə gətirilmir. 

Ərazisində başqa millətlərlə yanaşı, mehriban qonşuluq şəraitində yaşayan Rusiyanın paytaxtı Moskvada əsl tarixi hadisə baş verməlidir. Rusiyada yaşayan milyonlarla erməninin fikri önəmli olmalıdır.

Düşünürəm ki, Moskvada sülh Nikol Paşinyan üçün Avropa İttifaqındakı bir neçə kukla siyasətçinin “istəklərindən” daha vacib olmalıdır. Lakin o, bu gün Rusiya ilə çoxəsrlik əlaqələri pozmağa çalışır. Qərbdəki ağalarının şıltaqlığı ilə erməni xalqını milli fəlakətə sürükləyir.

- Paşinyanın Rusiyaya qarşı münasibətini yaxından izləyirik. Azərbaycanla da sülh imzalamaq istədiyini hər fürsətdə dilə gətirən Nikol Paşinyan bunu praktikada göstərməkdən qaçır. Sizcə, Ermənistan sülhdən imtina edəcəyi təqdirdə onu hansı aqibət gözləyir?
 

- İstənilən halda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanacaq. Bu, iki ölkə xalqlarının sülh və mehriban qonşuluq şəraitində yaşaması üçün obyektiv zərurət və səmimi istəyidir. Bu yaxınlara qədər hesab olunurdu ki, Paşinyanın mövqeyi erməni xalqına uyğun olmalıdır.

Çünki onun Ermənistanın baş naziri postuna namizədliyi işğal olunmuş ərazilərin mərhələli şəkildə təslim edilməsi yolu ilə Azərbaycanla münaqişənin həlli üçün prioritet kimi razılaşdırılıb. Lakin bir müddət sonra Paşinyan özünü dövlətin prioritetlərini müstəqil şəkildə müəyyən edən tamhüquqlu siyasi xadim kimi təsəvvür etdi. Qərbdəki maraqlı tərəflər əməliyyatın ictimai hissəsini Fransa Prezidenti Makrona həvalə etdilər. 

Düşünürəm ki, Ermənistan əvvəllər üzərinə götürdüyü bir sıra öhdəlikləri yerinə yetirmədən sülh müqaviləsi bağlana bilməz. Birinci prioritet Azərbaycan və Naxçıvan arasında quru əlaqəsi üçün Zəngəzur dəhlizinin açılmasıdır.
Gördüyümüz kimi, İrəvan müxtəlif bəhanələrlə bunu sabotaj edir. Bu proses isə Ermənistanın silahlılarını Qarabağdan çıxarma öhdəliyini xatırladır.  Nə qədər paradoksaldır, amma Zəngəzur dəhlizi məsələsinin güc yolu ilə həlli sülh müqaviləsinin imzalanmasını yaxınlaşdıra bilər. 

- İlham Əliyevin təqdim etdiyi, cənab Ərdoğanın təsdiqlədiyi “3+3” platforması modeli də var. Təbii ki, bunun üçün də sülh lazımdır. Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya, İran, Türkiyənin iştirakı ilə iqtisadi birlik. Bu layihə həyata keçirilsə, region üçün hansı imkanlar açılacaq?

- “3+3” platforması hələ də aktualdır və bütün layihə iştirakçıları üçün obyektiv olaraq faydalıdır. Bununla belə, bunu regiondakı maraqlarına təhlükə hesab edən xarici qüvvələr var. Bunlar Fransa, bütövlükdə Avropa Birliyi və təbii ki, ABŞ-dır. Vaşinqton öz təşəbbüsü ilə yaradılmayan alyansların və koalisiyaların meydana çıxmaına həmişə qarşı olur. Buna görə də, ABŞ regionda öz maraqlarını təbliğatçıları vasitəsilə (ən çox da Gürcüstan və Ermənistan elitasında) praktiki olaraq “3+3” platformasının həyata keçirilməsinə mane olmağa çalışır. 

Xatırlayırıq ki, əvvəlcə Tiflislə Moskva arasında çətinliklər maneə idi. Onlar həll edilə bilər. Eləcə də Bakı ilə Tehran arasında müəyyən gərginliyin də həlli mümkündür.

Lakin indi İran Yaxın Şərqdə böyük müharibəyə cəlb oluna bilər və Ermənistan nəhayət ABŞ və NATO-nun nəzarəti altına düşərsə, İslam Respublikasına qarşı təcavüz üçün tramplinlərdən biri kimi istifadə olunacaq. Lakin bu platforma aktuallığını qorumaqdadır.

- Cənab Arkov, zaman ayırdığınız üçün təşəkkür edirəm.

- Mən də sizə təşəkkür edirəm.

Tehran Orucoğlu, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO