HƏMAS-ın “SÜLH” TƏKLİFİ – Sonrakı peşmanlıq FAYDA VERƏCƏKMİ?

HƏMAS-ın “SÜLH” TƏKLİFİ – Sonrakı peşmanlıq FAYDA VERƏCƏKMİ?

Hazırda oxunan: HƏMAS-ın “SÜLH” TƏKLİFİ – Sonrakı peşmanlıq FAYDA VERƏCƏKMİ?

161788

Xəbər verdiyimiz kimi HƏMAS qruplaşmasının Rusiyadakı nümayəndəsi Əbu Hami ötən gün deyib ki, HƏMAS hərbi münaqişənin lap əvvəlindən mülki məhbusları azad etmək niyyətində olub:

“Lakin, Fələstin hərəkatı atəşkəs razılaşdırılmayana qədər girovları azad edə bilməz. Hazırda hərəkata oktyabrın 7-də Qəzza zolağında olan insanların hamısını tapmaq üçün vaxt lazımdır. Bizə Qəzza zolağında mülki məhbusları tapmaq üçün vaxt lazımdır. Bundan sonra biz onları azad edə biləcəyik. Bunun üçün sakit mühit lazımdır”.
 

MÖVZU İLƏ BAĞLI:

HƏMAS israilli girovların azad edilməsi üçün şərtləri ELAN EDİB 


HƏMAS rəsmisinin bu bəyanatı peşmançılığın ilk göstəriciləridir. HƏMAS sanki indi ayılıb ki, sonu görünməyən və çox uğursuz bir yola çıxıb. Bu mənasız mübarizə yolu ancaq fələstinlilərin fiziki və maddi itkiləri ilə yekunlaşacaq.

“Tək günahkar HƏMAS-dır”

Mövzu ilə bağlı Bizim.Media-ya danışan politoloq Tural İsmayılov bildirib ki, HƏMAS-ın bu cür açıqlamaları qıcıq yaradan müəyyən faktorları özündə ehtiva edir:

“Ona görə ki, vəziyyətin belə gərgin hal almasının tək günahkarı HƏMAS-dır. Yəhudi xalqı və İsrail dövləti üçün önəmli bir gündə qəfil hücum edib mülki insanları qətlə yetirmək, girov götürmək heç bir insanlığa, eləcə də diplomatik və siyasi etiket qaydalarına sığmır. 

Dinc sakinlərin faciəsinə səbəb olan HƏMAS atdığı addımın ağır nəticələrini nəzərə almalı, hesablamalıydı. Təəssüf ki, bir əsrə yaxın davam edən və həll yolu tapılmayan bu münaqişə məhz HƏMAS-ın son hücumundan sonra daha idarəolunmaz bir vəziyyət alıb. Artıq 20 gündür hər iki tərəfdən böyük itkilərə səbəb olan hücumlar təşkil edilir. Ən acınacaqlısı da odur ki, hər iki tərəfdən çoxlu sayda dinc əhali qırılır. Baxmayaraq ki, dinc əhali heç zaman siyasi alver vasitəsi olmamalıdır”. 

Politoloqun fikrincə, HƏMAS-ın ən böyük səhvi ondan ibarətdir ki, hücum zamanı hərbi obyektləri deyil, dinc əhalini hədəf alıb:

“Bundan başqa HƏMAS bütün insanlıq qaydalarına tüpürərək qadınları, uşaqları girov götürüb. Həmin qadın və uşaqlara verdikləri işgəncələri fəxrlə dünyaya nümayiş etdirmək XXI əsr üçün sadəcə biabırçı və bağışlanılmaz bir faktdır. Bütün bunlardan sonra inanmıram ki, İsrail qısa zamanda HƏMAS-la hansısa məsələdə danışığa getsin. 

O ki, qaldı HƏMAS-ın sülh təklifinə, bu gözlənilən idi. 

Çünki HƏMAS İran və Hizbullah tərəfindən idarə edilir və qızışdırılır. Belə vəziyyətdə isə yaxın zamanda HƏMAS-ın yalqız və çarəsiz qalması təəccüblü deyil. Lakin, bütün hallarda itirən Fələstin xalqı və Fələstin dövlətidir. Çünki, İsrail yəqin ki, HƏMAS-dan intiqamını çox ağır şəkildə alacaq. Qurban isə yenə fələstinlilər olacaq”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO