Əli Əsədovdan Paşinyana cavab:

Əli Əsədovdan Paşinyana cavab: "4 qonşu ölkə ilə ticarət əlaqələrimiz var"

Hazırda oxunan: Əli Əsədovdan Paşinyana cavab: "4 qonşu ölkə ilə ticarət əlaqələrimiz var"

161604

"Azərbaycanın beş qonşu ölkəsindən dördü ilə çox gözəl iqtisadi və ticarət əlaqələri var. Ermənistanın baş naziri Nikol Paşinyana demək istəyirəm ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən dərhal sonra sülh müqaviləsinin imzalanması haqda öz mövqeyini bildirmişdi".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 26-da Tbilisidə keçirilən IV Beynəlxalq İpək Yolu Forumunda bildirib.

"Azərbaycan 2020-ci il 10 noyabr tarixində imzalanan bəyanata əsasən kommunikasiyaların açılması istiqamətində uzun müddət çalışıb və öz mövqeyini bildirib. Biz kommunikasiyaların açılmasını istəyirik, amma bu, tək bizdən asılı deyil. Qarşı tərəf istəyən halda biz buna hazırıq. Digər hallarda bizim kifayət qədər imkanlarımız var", - Baş nazir qeyd edib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə IV Beynəlxalq İpək Yolu Forumunda çıxış edərkən Ermənistanın regionda bütün kommunikasiyaların açılmasına hazır olduğunu bildirib.
O, həmçinin qeyd edib ki, yaxın vaxtlarda Azərbaycanla sülh sazişi imzalayacaqlarına ümid edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO