Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Pakistan İslam Respublikasının Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri Muhammad Xalid Camalini onun xahişi ilə qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə səfirliyikdən bildirilib.
Qeyd edilib ki, görüşdə Polad Bülbüloğlu həmkarını təyinatı münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Söhbət zamanı Azərbaycanın Rusiya Federasiyasında akkreditə olunmuş diplomatik korpusun duayeni qismində fəaliyyəti, Rusiya XİN-i ilə birgə təşkil edilən çoxsaylı görüş və mədəni tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb.
Azərbaycanla Pakistan münasibətlərinə toxunan ölkəmizin səfiri iki dövlət arasında strateji əməkdaşlığın, o cümlədən mövcud siyasi dialoqun yüksək səviyyəsini qeyd edərək, bu münasibətlərin ölkələrimizin Rusiyadakı diplomatik nümayəndəliklərinin qarşılıqlı fəaliyyətinə fayda verəcəyinə əminliyini bildirib.
Pakistanın səfiri qəbula görə təşəkkürünü bildirərək, Azərbaycanın və Pakistanın Rusiyadakı səfirlikləri arasında qarşılıqlı faydalı əməkdaşlığın davam etməsi və genişlənməsi işinə öz töhfəsini verəcəyini bildirib.
Öz növbəsində səfir Polad Bülbüloğlu ölkəmizin ərazilərində qeyri-qanuni erməni silahlı qüvvələrinin yaratdığı təhdidləri qeyd edib, erməni silahlı qüvvələrinə və ərazimizdəki qondarma rejimə qarşı həyata keçirdiyi lokal xarakterli anti-terror əməliyyatı barədə məlumat verib.
Azərbaycanın səfiri Pakistanın Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyinə verdiyi dəstəyə, xüsusilə 44 günlük Vətən müharibəsi dövründə dost və qardaş Pakistanın nümayiş etdirdiyi birmənalı dəstəyə görə qarşı tərəfə təşəkkürünü ifadə edib.
Bununla yanaşı səfir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma və bərpa işləri barədə həmkarına ətraflı məlumat verib.
Səfir Muhammad Xalid Camali Azərbaycan ərazilərinin işğaldan azad olunması və əldə olunan Qələbə münasibətilə bir daha təbrik edərək, Pakistan xalqı və hökumətinin daim Azərbaycana dəstək olduğunu qeydedib, bu günə kimi Pakistanın Ermənistanla diplomatik münasibətlər qurmadığını diqqətə çatdırıb. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Pakistanın səfiri maraqlı və faydalı görüşə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib.
Görüşün sonunda səfir Muhammad Xalid Camaliyə Azərbaycanın Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə çap edilmiş “Qarabağ işğaldan əvvəl və sonra” kitabı hədiyyə edilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:14 / 25.10.2023
Azərbaycan və Pakistanın Rusiyadakı səfirlərinin Moskvada görüşü olub - FOTO
Hazırda oxunan: Azərbaycan və Pakistanın Rusiyadakı səfirlərinin Moskvada görüşü olub - FOTO
Hazırda oxunan: Azərbaycan və Pakistanın Rusiyadakı səfirlərinin Moskvada görüşü olub - FOTO
161516
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.