ATV-dən Hüseynbala Mirələmova CAVAB - Əgər çox narahatdırsa...

ATV-dən Hüseynbala Mirələmova CAVAB - Əgər çox narahatdırsa...

Hazırda oxunan: ATV-dən Hüseynbala Mirələmova CAVAB - Əgər çox narahatdırsa...

161460
ATV-dən millət vəkili Hüseynbala Mirələmovun son günlər narazılığa səbəb olan "Ayağını yorğanına görə uzat. Azdır az ye, çoxdur çox ye" açıqlamasının montaj olunaraq kontekstdən çıxarılması barədə fikrinə cavab gəlib.

Moderator.az xəbər verir ki, telekanal Ölkə.Az-ın soruğuna cavab olaraq bildirilib ki, bizim deputata veriləcək bir cavabımız yoxdur.

"Əgər Hüseynbala Mirələmov çox narahatdırsa, biz ona çəkilişin tam versiyasını verə bilərik. Özü dediklərinə baxsın".

Xatırladaq ki, ATV kanalında yayımlanan görüntüdə millət vəkili bunları deyir:

"Adamlar var çörək yemir, ət yemir, balıq yemir ki, forma saxlasın. Çox yemək insanı tez qocaldır”x9d.

Mirələmov mətbuata bildirib ki, fikirləri kontektdən çıxarılıb:

"Əvvəla, kiminsə məni təhqir etməyə ixtiyarı yoxdur. İkincisi də, dediklərimin hamısı konteksdən çıxarılıb. Müsahibə verəndə zarafatla dedim ki, “indiki dövrdə xanımlarımızın çoxu fiqura saxlamaq üçün heç nə yemir-içmir”x9d. Özü də bir neçə dəfə dedim ki, “bu, zarafatdır”x9d. Təəssüf ki, dediklərimin hamısını montaj edərək, ancaq çılpaq yerlərini saxlayıblar. Buna görə də xalqda mənim haqqımda mənfi rəy yaranıb".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO