Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərliyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üzrə nəzarət tədbirlərinin nəticələri haqqında iclas keçirilib.
Bizim.Media xəbər verir ki, iclas zamanı “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətində aparılmış monitorinq və qiymətləndirmənin nəticələri barədə hazırlanmış Hesabatın Prezidentinə təqdim edilməsi, habelə Dövlət Proqramının növbəti icra mərhələsində işlərin operativ, vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi, həmçinin layihələrin icrası prosesində qarşıya çıxan çətinliklərin həlli üçün aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.
MÖVZU İLƏ BAĞLI:
Nazirlər Kabinetində Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası MÜZAKİRƏ OLUNUB - FOTO
Həmçinin iclas zamanı işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələri tərəfindən görülən işlər barədə məlumat verilib və Hesabatla bağlı ətraflı müzakirələr aparılıb.
Müzakirələr zamanı Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası zamanı müşahidə olunan əsas çətinliklər və növbəti müddətdə diqqət yetirilməli istiqamətlər vurğulanıb.
Bizim.Media