Lavrovun müavini azərbaycanlı həmkarı ilə Bakıda məsləhətləşmələr aparıb

Lavrovun müavini azərbaycanlı həmkarı ilə Bakıda məsləhətləşmələr aparıb

Hazırda oxunan: Lavrovun müavini azərbaycanlı həmkarı ilə Bakıda məsləhətləşmələr aparıb

160801

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin azərbaycanlı həmkarı Samir Şərifovla Bakıda məsləhətləşmələr aparıb, ölkələr arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. 

“Rusiya ilə Azərbaycan arasında 22 fevral 2022-ci il tarixli Müttəfiq əməkdaşlıq haqqında Bəyannamənin müddəalarına uyğun olaraq siyasi dialoqun daha da dərinləşdirilməsi, ticarət-iqtisadi, mədəni-humanitar və regionlararası əməkdaşlığın artırılması imkanları nəzərdən keçirilib”, - deyə məlumatda qeyd edilib. 

Bildirilib ki, yüksək rütbəli diplomatlar həmçinin Moskva və Bakı arasında münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO