Serb Respublikasının Prezidenti: “Azərbaycanla mükəmməl iqtisadi əməkdaşlığımız var”

Serb Respublikasının Prezidenti: “Azərbaycanla mükəmməl iqtisadi əməkdaşlığımız var”

Hazırda oxunan: Serb Respublikasının Prezidenti: “Azərbaycanla mükəmməl iqtisadi əməkdaşlığımız var”

160470

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.  

Bizim.Media xəbər verir ki, məktubda deyilir: 

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə 

Cənab Prezident! 

Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü münasibətilə 
Bosniya və Herseqovinanın Serb Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizə səmimi salamlarımı, xoş arzularımı çatdırmaqdan şərəf duyuram. 

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası inkişaf edərək regional liderə və iqtisadi gücə çevrilib.

Mən fəxrlə deyirəm ki, Bosniya və Herseqovinanın Serb Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı anlaşmaya və hörmətə əsaslanan dostluq münasibətləri, mükəmməl iqtisadi əməkdaşlıq mövcuddur.  

Böyük geosiyasi dəyişikliklər, həm siyasi, həm də iqtisadi arenada çağırışlar dönəmində hər bir ölkənin daxili işlərinə, eləcə də xarici siyasətinə anlayışla və hörmətlə yanaşmaq son dərəcə vacibdir. Mən qəti şəkildə əminəm ki, ikitərəfli əməkdaşlığımız bir çox sahələrdə genişlənəcək və dərinləşəcək.  

Səmimiyyətlə inanıram ki, əlaqələrimiz gələcək illərdə də ölkələrimizə faydalı olacaq şəkildə inkişaf edəcək. Mənim qəti niyyətim dostluğumuzu və dəstəyimizi qoruyub saxlamaq, qarşılıqlı hörmət əsasında daha da inkişaf etdirməkdir. 
Möhtərəm Prezident, Sizə dərin ehtiramımı bildirir, cansağlığı və firavanlıq, dost Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO