Azərbaycan dünyada layiqli yerini tutub - TƏBRİK MƏKTUBU

Azərbaycan dünyada layiqli yerini tutub - TƏBRİK MƏKTUBU

Hazırda oxunan: Azərbaycan dünyada layiqli yerini tutub - TƏBRİK MƏKTUBU

160462

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir.

"Çox hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

1991-ci il oktyabrın 18-i Azərbaycan dövlətçiliyinin salnaməsində mühüm tarixə çevrildi. Məhz həmin gün Azərbaycan xalqı gələcək suveren inkişafı ilə bağlı öz seçimini etdi.

Ötən illər ərzində Azərbaycan dünyada layiqli yerini tutub, beynəlxalq münasibətlərin öz xarici siyasətini ardıcıl olaraq müstəqil şəkildə həyata keçirən fəal subyektinə çevrilib.

Sizin rəhbərliyinizlə iqtisadi, sosial və ictimai-siyasi sahələrdə həyata keçirilən islahatlar ölkənin gələcək inkişafına və onun əhalisinin rifahının yüksəlməsinə xidmət edir.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, rifah və çoxşaxəli dövlətçilik fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə əmin-amanlıq və tərəqqi arzulayıram".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO