İlham Əliyev Füzulidə inzibati binanın təməlqoyma MƏRASİMİNDƏ - FOTO 

İlham Əliyev Füzulidə inzibati binanın təməlqoyma MƏRASİMİNDƏ - FOTO 

Hazırda oxunan: İlham Əliyev Füzulidə inzibati binanın təməlqoyma MƏRASİMİNDƏ - FOTO 

160126

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli şəhərində inzibati binanın təməlini qoyub. 

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verilib. 

Bildirilib ki, inzibati binanın inşa olunacağı şəhərin mərkəzi ərazisində 12 hektardan çox sahə ayrılıb. İnzibati binanın inşası üçün isə 4,4 hektardan çox ərazi nəzərdə tutulub.
Burada parad meydanı, bir hektar sahədə park inşa olunacaq. Bundan başqa, digər regional qurumlar üçün də ərazi nəzərdə tutulub.Beş mərtəbədən ibarət inzibati binada ən müasir şərait yaradılacaq. 

Prezident İlham Əliyev görüləcək işləri əks etdirən videoçarxa baxıb. 

Dövlətimizin başçısı inzibati binanın təməlini qoyub. 







Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO