"Putinin əl meymunu Paşinyan Azərbaycanın icazəsi olmadan Qarabağda heç nə edə bilməz" - Tural Abbaslı

Hazırda oxunan: "Putinin əl meymunu Paşinyan Azərbaycanın icazəsi olmadan Qarabağda heç nə edə bilməz" - Tural Abbaslı

15978

"Qarabağ Azərbaycan üçün bir nömrəli məsələdir. Bu gün ermənilər öz xislətlərinə uyğun olaraq hansısa manevrlər etmək istəyirlər. Balasanyan adlı bir təlxək gah deyir biz ordu qururuq, gah da Araik kimi tanınan terrorçu Qarabağda ev tikəcəklərini elan edir".

Bizim.Media xəbər verir ki, bu sözləri Ağ Partiyanın sədri Tural Abbaslı canlı yayımların birində açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan Qarabağın bərpası üçün 200 milyon dollar ayırdı - Paşinyandan QƏRAR


Çıxışının davamında partiya sədri bildirib ki, "Putinin əl meymunu var - Paşinyan. O da deyir ki, qondarma rejimə pul ayıracam. Belə vəsait ayıransansa acından ölən Ermənistan vətəndaşlarına yardım elə. 

İkincisi Qarabağ Azərbaycan ərazisidir və orada rəsmi Bakının icazəsi olmadan bir daşı daş üstdə qoymaq olmaz", deyə Tural Abbaslı İrəvanın Dağlıq Qarabağın yenidənqurmasına pul ayırmaq qərarına münasibət bildirib.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO