Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyevlə bu yaxınlarda Gürcüstanda baş tutan parlament seçkiləri və.s. oxucuları maraqlandıran mövzularda söhbət etmişik. xa0
Xüsusilə, millət vəkili Gürcüstanda yaşayan həmvətənlərimizlə bağlı planlarını açıqlayıb.xa0
- Ruslan bəy, ilk öncə Sizi deputat seçilməyiniz münasibəti ilə təbrik edirəm. Seçki prosesi Sizə çətin olmadı ki?
- Təşəkkür edirəm diqqətiniz üçün. Bildiyiniz kimi keçən ay Gürcüstanda baş tutan parlament seçkiləri azad və demokratik şəkildə keçirildi. Təbii ki, seçki prosesi asan məsələ deyil. Ancaq seçkilərin çətin prosesdə davam etməsi onun keyfiyyətindən və şəffaflığından irəli gəlir. Həm də təcrübə baxımından da faydalı hesab edilməlidir.
- Gürcüstanda yaşayan soydaşlarımızın xa0həyat və fəaliyyətlərinin yaxşılaşdırılması ilə bağlı hansı proqramlarla çıxış etməyi planlaşdırırsınız?
- Gürcüstanda yaşayan həmvətənlərimizin hər bir problemləri ilə məşğul olmağı özüm üçün bir məqsəd olaraq qarşıma qoymuşam. Ölkədə həyata keçirilən bütün proqram və layihələrdən həmvətənlərimin bəhrələnməsi üçün əlimdən gələni edəcəyəm ki, həmvətənlərim bundan bəhrələnsinlər. Bu istiqamətdə də işlərimizi sürətləndirəcəyik.
- Sizcə, əsas problemlər nədən ibarətdir?
- Ümumiyyətlə, ölkənin hər bir hansı bölgəsində yaşanan problemlər, azərbaycanlıların kompakt yaşadığı bölgələrdə də var. Bu istər sosial-iqtisadi, istərsə də aqrar sahəyə aiddir. Hesab edirəm ki, hər bir sahə yenidən və ciddi araşdıralacaq. Problemlərin haradan qaynaqlandığını və həllinin tapılması üçün ciddi addımlar atmalıyıq.
- Azərbaycan-Gücrüstan əlaqələrin daha da inkişafı üçün hansı töhfələr verməyi düşünsünüz?
- Azərbaycan və Gürcüstan münasibətlərini yüksək qiymətləndirirəm. Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası strateji tərəfdaşlıqla yanaşı dost və qardaş ölkələrdir. Bu dostluğun çox üzün və dəyərli bir tarixi var. Əlbəttə, Gürcüstan və Azərbaycan münasibətlərinin bu cür dinamik inkişafı ilk öncə, biz Gürcüstan Azərbayanlılarını sevindirir və daha da yüksək səviyyədə inkişaf etməsi yönümündə biz millət vəkilləri üzərimizə düşəni edəcəyik.
Elnur Eltürk






























































































