“İran vasitəsilə Naxçıvana yol çəkilməsi üçün razılıq əldə olunub” - Prezident 

“İran vasitəsilə Naxçıvana yol çəkilməsi üçün razılıq əldə olunub” - Prezident 

Hazırda oxunan: “İran vasitəsilə Naxçıvana yol çəkilməsi üçün razılıq əldə olunub” - Prezident 

159222

“Azərbaycan etibarlı tranzit ölkədir və bizim nəqliyyat-logistika infrastrukturumuz bütün İƏT ölkələri üçün açıqdır”. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Şuşada İƏT-in Nazirlər Şurasının 27-ci iclası KEÇİRİLİR - YENİLƏNİB/FOTO/VİDEO


“Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq biz Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyirik.

Həmçinin İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunmuşdur. Azərbaycan, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır”, - deyə dövlət başçısı vurğulayıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO