Ermənistan Türkiyənin sülh danışıqlarında iştirakına razılıq verəcək? – ÖZƏL AÇIQLAMA

Ermənistan Türkiyənin sülh danışıqlarında iştirakına razılıq verəcək? – ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Ermənistan Türkiyənin sülh danışıqlarında iştirakına razılıq verəcək? – ÖZƏL AÇIQLAMA

159201

“Prezident İlham Əliyev İspaniyanın Qranada şəhərində Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüşdə iştirakdan imtina edib. Çünki Fransa orada olacaqdı və 10 noyabr 2020-ci ildə, üçtərəfli atəşkəs bəyanatının imzalandığı gün Fransanın Xarici İşlər Nazirliyinin açıqlamasında bildirildi ki, İkinci Qarabağ müharibəsində Azərbaycan günahkardır və Ermənistan qurbandır”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Sülh yolunda SON ƏNGƏL – Anklav kəndlərimiz necə AZAD OLUNACAQ?


Azərbaycan Prezidentinin Qranada müzakirələrindən imtina etməklə haqlı addım atdığına diqqət çəkən Brayza, tərəflər arasında görüşün baş tutacağı təqdirdə də bir çox razılaşmaların ola biləcəyini vurğulayıb:

“Bildiyiniz kimi, Qarabağdakı son antiterror tədbirlərinə cavab olaraq Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı Aİ tərəfindən qətnamə qəbul edildi. Belə olan halda, güman edirəm ki, Prezident İlham Əliyev Qranadanın həqiqətən də konstruktiv mühit olmayacağına qərar verib və görüşə getməmək qərarına gəlib. 

O, Avropaya da mühüm siqnal verdi ki, Azərbaycan Fransanı vasitəçilik prosesində vicdanlı tərəf hesab etmir. Düşünürəm ki, Fransa artıq dürüst mövqedə deyil. Əsas odur ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi və sərhədlərin demarkasiyası sazişi üzrə danışıqlara kömək etmək üçün böyük iş görür”, - deyə M. Brayza qeyd edib. 

Keçmiş səfir hesab edir ki, Aİ keçmiş danışıqlar formatına qayıdacaq. Yəni Aİ, Azərbaycan və Ermənistan üçtərəfli formatı bərpa olunacaq:

“Türkiyənin iştirakına gəlincə, düşünürəm ki, Ermənistan açıq-aşkar tarixi səbəblərə görə, Türkiyənin danışıqlarda iştirakını istəmir. Beləliklə, danışıqlarda bir tərəf digər ölkənin iştirakından imtina edərsə, bu ölkəni məcbur etmək üçün edə biləcəyiniz heç bir şey yoxdur.

Ermənistan Türkiyənin müzakirələrdə iştirakını qəbul edərsə, bu halda Aİ-nin Ermənistana nəsə deməsi tamamilə yersiz və qeyri-məhsuldar olardı. 

Düşünürəm ki, danışıqlar prosesini idarə edən Avropa İttifaqı artıq köhnə formata qayıdacaq. Onu da qeyd edim ki, ABŞ və dövlət katibi Blinken məsələyə mühüm diplomatik dəstək verir”, - deyə diplomat əlavə edib. 

Tehran Orucoğlu, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO