“Ədalətli Rusiya-Vətənpərvərlər-Həqiqət uğrunda” partiyasının proqramına Donbass və Qarabağın hesabına Rusiya Federasiya ərazilərinin artırılması tezisi daxil edilib.
Bizim.Media “rbc.ru”ya istinadən xəbər verir ki, bunu martın 25-də Ədalətli Rusiya-Vətənpərvərlər-Həqiqət uğrunda” partiyasının aparat müavini Nikolay Noviçkov brifinqdə açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Donbass müharibəsində də “Bayraktar” öz sözünü deyəcək - Korotçenko
Noviçkov bildirib ki, artıq 3 partiyanın lideri “Donbass Rusiyadır” manifestinə imza atıb:
“Rusiyaya qoşulmaq istəyən bütün regionlara bu fürsət verilməlidir. Öz vətəninə sahiblənmək rusların haqqıdır”.
Noviçkovun sözlərinə görə, Ermənistan-Azərbaycan konflikti başlayanda “Ədalətli Rusiya-Vətənpərvərlər-Həqiqət uğrunda” partiyasının üzvləri tanınmayan respublikanın (qondarma Dağlıq Qarabağ – “Artsax”) sakinlərinə müraciət ediblər:
“Münaqişənin yeganə həll yolu var. O da Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsidir. Konfliktin bitməsi üçün başqa çözüm mövcud deyil”.
Qeyd edək ki, “Ədalətli Rusiya-Vətənpərvərlər-Həqiqət uğrunda” özündə 3 siyasi partiyanı birləşdirir.
Bizim.Media