Elçin Əmirbəyov: “Qarabağdakı qeyri-qanuni rejimin ləğvi regionda sülhə gedən əsas maneəni aradan qaldırıb”

Elçin Əmirbəyov: “Qarabağdakı qeyri-qanuni rejimin ləğvi regionda sülhə gedən əsas maneəni aradan qaldırıb”

Hazırda oxunan: Elçin Əmirbəyov: “Qarabağdakı qeyri-qanuni rejimin ləğvi regionda sülhə gedən əsas maneəni aradan qaldırıb”

158368

“Azərbaycan və Ermənistan arasında dərhal sülh danışıqlarını, sərhədlərin delimitasiyası məsələsi ilə bağlı müzakirələri, eləcə də kommunikasiyaların bərpasını müzakirə etməliyik. Bunlar sülh prosesinin üç əsas istiqamətidir və onların böyük perspektivləri var”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-nin Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran və Hudson İnstitutunun baş elmi işçisi Lyuk Koffinin suallarını cavablandırarkən deyib. 

“Qarabağdakı qeyri-qanuni rejimin ləğvi regionda daha geniş sülhə gedən əsas maneəni aradan qaldırıb”, - deyə o qeyd edib. 

E.Əmirbəyovun bildirib ki, Azərbaycan Qarabağ regionunun erməni sakinləri ilə fəal dialoq aparır və reinteqrasiya planları Qarabağ ermənilərinin sosial, iqtisadi, siyasi, mədəni və dini hüquqlarını həyata keçirə biləcəkləri müxtəlif sahələri əhatə edir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO