Şarl Mişel:

Şarl Mişel: "Azərbaycan bizim tərəfdaşımızdır"

Hazırda oxunan: Şarl Mişel: "Azərbaycan bizim tərəfdaşımızdır"

158161

"Bakı ilə münasibətlər sadə deyil, lakin Azərbaycan bizim tərəfdaşımızdır".

Bizim.Media xəbər verir ki, bu fikirləri Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Euronews telekanalına müsahibəsində bildirib.

“Brüssellə Bakı arasında münasibətlər mürəkkəb, lakin perspektivli olaraq qalır. Ötən il Avropa İttifaqı Azərbaycandan daha çox təbii qaz almaq üçün çox işlər görüb, deyə siyasətçi əlavə edib.

Onun fikrincə, Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin möhkəmləndirilməsi və əməkdaşlığın inkişafı səylərində daha çox iştirak etməlidir:

"O, bu gün tərəfdaşdırmı? Bəli, tərəfdaşdır. Bu, əlaqənin sadə olduğunu göstərirmi? Xeyr, münasibətlər sadə deyil. Bu o deməkdirmi ki, bu münasibətlərdə çətinliklər var. Bəli, bu reallığı başa düşmək lazımdır”, - deyə o, qeyd edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO