Gürcüstan polisi erməni diasporunun Azərbaycana qarşı təxribatına icazə vermədi

Gürcüstan polisi erməni diasporunun Azərbaycana qarşı təxribatına icazə vermədi

Hazırda oxunan: Gürcüstan polisi erməni diasporunun Azərbaycana qarşı təxribatına icazə vermədi

157859

Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən radikal erməni qrupunun təşkilatçılığı ilə Azərbaycana qarşı yürüş keçirilib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, paytaxtın Vake parkı adlanan ərazisinə toplanmış təxminən 100-dək diaspor üzvü Avropa İttifaqının (Aİ) Tbilisidəki nümayəndəliyinin qarşısına yürüş edib. Aksiyaçılar burada Azərbaycan və Türkiyə əleyhinə müxtəlif şüarlar səsləndiriblər.

Əraziyə çox sayda hüquq-mühafizə orqanı əməkdaşı cəlb edilib. Polis radikal qrupa özünü buraxmış qondarma qurumun “bayrağının” açılmasına icazə verməyib.

Aİ nümayəndəliyi qarşısında müxtəlif şüarlar səsləndirən ermənilər daha sonra ərazini tərk ediblər. Aİ nümayəndəliyi ermənilərin aksiyasına heç bir reaksiya verməyib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO