Qarabağ ermənilərinin nümayəndələri ilə Xocalıdakı görüş başa ÇATDI - YENİLƏNİB - FOTO/VİDEO 

Qarabağ ermənilərinin nümayəndələri ilə Xocalıdakı görüş başa ÇATDI - YENİLƏNİB - FOTO/VİDEO 

Hazırda oxunan: Qarabağ ermənilərinin nümayəndələri ilə Xocalıdakı görüş başa ÇATDI - YENİLƏNİB - FOTO/VİDEO 

156864

Xocalıda Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilən növbəti görüş başa çatıb. 

Bizim.Media xəbər verir ki, Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov təmsil edib. 

*** 13:18

Sentyabrın 25-də Xocalı şəhərində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədovun Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə növbəti danışıqları başlayıb. 

Bizim.Media xəbər verir ki, Ramin Məmmədov bu ilin martında Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin olunub. 

Xatırladaq ki, lokal xarakterli antiterror tədbirlərindən sonra ilk danışıqlar sentyabrın 21-də Yevlax şəhərində keçirilib. 








Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO