“Azərbaycan Qarabağdakı erməni separatçılar tərksilah olacaqları təqdirdə onlar üçün amnistiya imkanını nəzərdən keçirir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev "Reuters"ə müsahibəsində deyib.
"Hətta keçmiş hərbçi və döyüşçülərə qarşı - onları belə təsnif etmək olarsa - amnistiya imkanını nəzərdən keçiririk. Bir sıra ayrı-ayrı ordu qrupları və zabitlər ictimai açıqlama verərək bildiriblər ki, bizim şərtlərimizlə raşılaşmayacaq və müqavimət göstərməyə davam edəcəklər", - o deyib.
Hikmət Hacıyev Azərbaycanın Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası prosesini başlatmaq istədiyini də vurğulayıb.
Xatırladaq ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də, döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb.
Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmayıb, yalnız legitim hərbi hədəflər sıradan çıxarılıb.
Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.
Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar.
Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır; paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir; yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:57 / 22.09.2023
“Tərksilah olan separatçılara amnistiya tətbiq oluna bilər” – Hikmət Hacıyev
Hazırda oxunan: “Tərksilah olan separatçılara amnistiya tətbiq oluna bilər” – Hikmət Hacıyev
Hazırda oxunan: “Tərksilah olan separatçılara amnistiya tətbiq oluna bilər” – Hikmət Hacıyev
156445
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.