Ermənistan bir çox halda özünün günahkar olduğu məsələlərin həllini regionda görmür, regiondan kənar qüvvələrin vasitəsi ilə həllinə çalışır.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlaması zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Hikmət Hacıyev: “Qarabağ ermənilərinin reinteqrasiyası planı hazırdır”
"Regionumuz üçün onun davranışları faydalı deyil. Təəssüflər olsun ki, tərəflər də vardır ki, onlar özlərinin malik olduqları problemləri regionumuza ixrac etmək istəyirlər.
Cənubi Qafqaz regionunun bu məsələlərə ehtiyacı yoxdur. Azərbaycan 3+3 platformasının tərəfdarı və təşəbbüskarıdır, bu gündəliyi dəstəkləyir. Amma son dövrlər Ermənistanda baş verənlər ölkənin Suriyaya bənzədiyini deməyə əsas verir”, - deyə H.Hacıyev qeyd edib.
Bizim.Media