Antiterror tədbirləri hava qüvvələri tərəfindən həyata keçirildi - Nazir müavini

Antiterror tədbirləri hava qüvvələri tərəfindən həyata keçirildi - Nazir müavini

Hazırda oxunan: Antiterror tədbirləri hava qüvvələri tərəfindən həyata keçirildi - Nazir müavini

156176

"Artan eskalasiya bizi çox narahat edirdi. Azərbaycan lokal antiterror tədbirləri keçirməyə məcbur oldu".

Bizim.Media xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Fariz Rzayev xarici işlər nazirliyində keçirilən brifinqdə deyib.

"Antiterror tədbirləri hava qüvvələri tərəfindən həyata keçirildi", -deyə F.Rzayev əlavə edib.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri keçirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO