“Bundan sonra Qarabağda separatçılıq mümkün deyil” – Tahir Kərimli  

“Bundan sonra Qarabağda separatçılıq mümkün deyil” – Tahir Kərimli  

Hazırda oxunan: “Bundan sonra Qarabağda separatçılıq mümkün deyil” – Tahir Kərimli  

156168

“İki günlük antiterror tədbirlərindən sonra separatçılar artıq silahı yerə qoymağa və bütün postları tərk etməyə məcbur oldular. Üstəlik, bütün silah-sursat və hərbi texnikanı təhvil verməyə başlayır”. 

Bu sözləri Bizim.Media-ya açıqlayan Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli qeyd etdi ki, Rusiyanın bölgədəki sülhməramlı qüvvələrinin vasitəçiliyi ilə tərəflər arasında əlaqə də yaranıb: 
 

MÖVZU İLƏ BAĞLI:

Separatçılar Qarabağdakı postlarını tərk edərək geri çəkilirlər - VİDEO


“Sabah Yevlax şəhərində Azərbaycan qanunları çərçivəsində danışıqlar keçiriləcək. Bəlli məsələdir ki, ermənilər öz xislətlərindən heç vaxt əl çəkməyəcək və 10 noyabr razılaşmasından çıxdıqları kimi, yenə də əldə olunan razılaşmalardan çıxmağa çalışacaqlar.

Amma bu, çox az ehtimal olunur. Çünki, belə cəhd olarsa, qarşısı dərhal alınacaq. Azərbaycan ordusu iki gün ərzində düşməni diz çökdürmək qabiliyyətinə malik olduğunu tam sübuta yetirdi”.

Deputat qeyd edib ki, Qarabağ seperatçılarının hər hansısa “cığal” addımı, sonda özlərinə ziyan vuracaq: 

“Artıq dərk etdilər ki, xarici havadarları belə onlara lazım olan dəstəyi verə bilmir. Prezident İlham Əliyev ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətində israrlı addımlar atır. Düşünürəm ki, bundan sonra onların hansısa seperatçı addımlar atması və ya status əldə etmək cəhdləri mümkün deyil.

Azərbaycanda yaşayan digər etnik xalqlar kimi, Qarabağ ermənilərinin də Azərbaycanın konstitusiyası və qanunları çərçivəsində yaşamaq hüquqları var. Bundan sonra onların hansısa status əldə etmələri mümkün deyil”. 

Üç il yaxındır ki, hamının Ermənistanın ağıllanmasını gözlədiyini söyləyən Vəhdət Partiyasının sədri, indiki İrəvan hakimiyyətinin son 3 ildə yaranmış fürsətdən istifadə edərək, yenidən Qarabağda ordu cəmləşdirdiyini və silahsız dəstələr yaratdığını xatırladıb: 

“Üstəlik Rusiya sülhməramlılarının nəzarəti altında bölgəyə qanunsuz silah-sursat və hərbi texnika cəmləşdirdilər və terror təxribatlarına başladılar. Yeni salınmış yolda belə minalar basdırdılar və bunun nəticəsində, Daxili İşlər Nazirliyinin əməkdaşları və mülki şəxslər şəhid oldu. Bu günə qədər minaların partlaması nəticəsində 370 nəfər həlak olub və xəsarətlər alıb”.   

T.Kərimli bunların müqabilində Azərbaycanın da səbrinin tükəndiyini və dünən antiterror tədbirlərinə başlamağa məcbur olduğunu diqqətə çatdırıb: 

“Rəsmi Bakı əvvəlcə dünya ictimaiyyətini və böyük dövlətləri vəziyyətin bu cür davam etməyəcəyinə ciddi şəkildə inandırdı. Hətta bəyan etdi ki, Qarabağ Azərbaycanın suveren ərazisi olduğu üçün, burada yerləşdirilmiş 10 minlik Ermənistan ordusu qüvvələrinin və qanunsuz silahlı birləşmələrinin özbaşınalığına və təxribatlarına dözə bilməz.  

Nəhayət, uzun müddətdir ki gözlənilən lokal tədbirlər iki gün ərzində tam gücü ilə həyata keçirildi və qarşı tərəf ağır məğlubiyyətə uğradı. Bir sözlə, dövlətimizin başçısı hamının gözlədiyi addımları atdı”.  

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO