"Hamı Prezidentin "Xankəndi Azərbaycandır!" çıxışını gözləyir" - Deputat

Hazırda oxunan: "Hamı Prezidentin "Xankəndi Azərbaycandır!" çıxışını gözləyir" - Deputat

156112

"Vətən Müharibəsindən sonra yeni yaranmış reallıqla barışmayan rəsmi Ermənistan Azərbaycan ərazisində himayə etdiyi separatçı-xunta rejimə dəstək verirdi. Məqsəd Azərbaycana qarşı ərazi iddialarını reallaşdırmaqdır".

Bizim.Media xəbər verir ki, bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. 

Deputat qeyd edib ki, son dövrlər Azərbaycan ərazisində olan separatçı rejim və Ermənistana aid qanunsuz silahlı birləşmələr havadarlarının diqtəsi ilə davamlı olaraq təxribatlara əl atırdı.

Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında qalmaqda olan erməni silahlıları Azərbaycanın hərbi-mülki obyektlərini, tikinti-bərpa işləri ilə məşğul olan şəxsləri hədəf almaqla qanlı terror və hərbi cinayətlər törətdilər. Bununla yanaşı ermənilərin ərazilərimizdə mina terroru yenə də özünün bütün acı reallıqları ilə davam etməkdə idi". 

M.İbrahimqızı bildirib ki, düşmənin sentyabrın 19-da törətdiyi təxribatda əsas məqsəd beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək idi. 

"Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları həlak olub və yaralanıb. Bununla yanaşı, ordumuzun bölmələri atəşə tutulub.
Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Bir neçə müddətdir ki, erməni silahlı qüvvələrinin təxribat məqsədilə döyüş mövqelərini gücləndirməsi ilə bağlı məlumatlar yayılırdı.

Sözsüz ki, burada əsas məqsəd daha geniş təxribatlar törətməklə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək idi. Separatçıların və qanunsuz erməni silahlılarının terror-təxribat məqsədlərinin həm də Azərbaycanın azad edilmiş ərazilərdə mümkün məskunlaşma və bərpa prosesinə əngəl törətməkdir". 

"Güclü və qalib Azərbaycan Ordusu Qarabağ iqtisadi rayonunda erməni silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, habelə üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması, erməni silahlılarını tərksilah edilərək ərazilərimizdən çıxarılması üçün lokal antiterror tədbirlərinə başlayıb.

Ordumuzun əsas missiyası dinc əhalinin, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunmasıdır. Eyni zamanda, Azərbaycan Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri həyata keçirilir.

Müdafiə Nazirliyinin də dəfələrlə verdiyi açıqlamalarda açıq-aşkar bildirilir ki, görülən tədbirlərin hədəfi müstəsna olaraq qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturdur. Bütün dünya bilir ki, 44 Günlük Vətən Müharibəsində belə Azərbaycanın qəhrəman və humanist Şanlı Ordusu erməni sivillərinə toxunmadı. İndi də dəfələrlə açıqlamalarda heç bir halda Azərbaycan tərəfi mülki əhalini hədəf almır.

Bunu Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir.
Ona görə də, bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır". 

Millət vəkili bildirib ki, bu tədbirlər tezliklə Azərbaycan Ordusunun uğuru ilə başa çatacaq.

"Ümumiyyətlə erməni xalqı bölgədə gələcəkdə mövcud olmaq istəyirsə Azərbaycana və Türkiyəyə qarşı əsassız düşmənçilikdən əl çəkməlidir. Erməni xalqının yeganə yolu, qurtuluşu və nicatı Azərbaycan və Türkiyə ilə xoşgörü qonşuluq münadibətindən keçir. Nə qədər gec deyil Azərbaycanın təklif etdiyi şərtləri qəbul etməli və yerinə yetirməlidir.

Son olaraq onu demək istəyirəm ki, Azərbaycan xalqı əmindir ki, qəhrəman və şanlı Azərbaycan Ordusu ən qısa zamanda haqq və ədalət naminə başladığı antiterror tədbirlərini uğurla başa çatdıracaq və Azərbaycanın üçrəngli bayrağı Xankəndi və ətraf ərazilərdə dalğalanacaqdır.
Bu gün təkcə Azərbaycan xalqı deyil, bütün Türk Dünyası səbirsizliklə Müzəffər Ali Baş Komandanın tvitini və “Xankəndi Azərbaycandır” çıxışını gözləyir".


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO