“Ermənistan insan hüquqları ilə bağlı öhdəliklərini yerinə yetirmir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 54-cü sessiyasının 5-ci iclasında deyib.
Nazir vurğulayıb ki, Ermənistan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə yüz minlərlə mina yerləşdirib və həmin minalar günahsız insanların həyatına son qoymağa davam edir:
"Həmin minalar ərazilərdə aparılan yenidənqurma və bərpa işlərini çətinləşdirir, azərbaycanlıların yurdlarına qayıtma hüquqlarına mane olur. 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatdan bəri 306 nəfər mina qurbanı olub. Ümumilikdə isə 3 300 nəfərdən çox azərbaycanlı ötən 30 il ərzində mina qurbanı olub”.
Xatırladaq ki, 11 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:56 / 13.09.2023
"Ermənistan insan hüquqları ilə bağlı öhdəliklərini yerinə yetirmir" - Nazir
Hazırda oxunan: "Ermənistan insan hüquqları ilə bağlı öhdəliklərini yerinə yetirmir" - Nazir
Hazırda oxunan: "Ermənistan insan hüquqları ilə bağlı öhdəliklərini yerinə yetirmir" - Nazir
154979
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.