“İran Azərbaycanla qonşudur. Azərbaycanın siyasəti isə ondan ibarətdir ki, qonşularla stabil və qarşılıqlı səmərəli münasibətlər həmişə yaxşıdır. Bu, Azərbaycanın siyasətidir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin beynəlxalq "i24NEWS" telekanalına müsahibəsində deyib.
MÖVZU İLƏ BAĞLI:
Hikmət Hacıyev: “İsrail ilə əməkdaşlığımız 3-cü ölkələrə qarşı yönəlməyib”
H.Hacıyev qeyd edib ki, Azərbaycan və İran arasında anlaşılmazlıq və yanlış kommunikasiyanın olduğu zamanlar olub:
“Lakin diplomatik kanallar vasitəsilə, dialoqla bunu həll etməyə çalışırıq. Həmçinin, İran tərəfindən müsbət mesajlar alırıq. Səhifəni çevirmək, əməkdaşlıq üçün müsbət atmosfer yaratmaq üçün diplomatik formatda iranlı həmkarlarımızla işləyirik”.
Bizim.Media